Gürcüstanın Şida Kartli bölgəsində sayca 19-cu Krım-Konqo qızdırmasına yoluxma halı qeydə alınıb. Gürcüstanın Şida Kartli bölgəsində sayca 19-cu Krım-Konqo qızdırmasına yoluxma halı qeydə alınıb.

Krım-Konqo qızdırmasına yeni yoluxma halı qeydə alındı - Gürcüstanda

Gürcüstanın Şida Kartli bölgəsində sayca 19-cu Krım-Konqo qızdırmasına yoluxma halı qeydə alınıb.



Trend-in məlumatına görə, xəstəliyin əlaməti bir həftə əvvəl yerli sakinlərin birində tapılıb.

Bölgədə xəstəliyə qarşı vaksinasiya aparılır. Bu ilin aprelində Gürcüstanda bu xəstəlikdən 2 nəfər ölmüşdü. Ölkənin Xaşuri rayonunda sayca 13-cü virusa yoluxma halı qeydə alınıb.

Həkimlərin sözlərinə görə, xəstəlik insan həyatı üçün təhlükədir, lakin vaxtında aşkar edilərsə, xəstəni xilas etmək olar.

Hazırda Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasında 5 nəfər bu xəstəlikdən müalicə olunur, onlardan biri 6 yaşlı qız uşağıdır.

Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Milli Nəzarət Mərkəzindən bilririblər ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurmur.

AzNews.az