Rusiya prezidenti Qərbdə hərbi inkişafdan narahatdır Rusiya prezidenti Qərbdə hərbi inkişafdan narahatdır

Putin hərbi gücünü artırır – Qərbə daha bir hədə

Rusiya prezidenti Qərbdə hərbi inkişafdan narahatdır



Rusiya prezidenti Vladimir Putin ölkənin hərbi gücünü artıracağını bəyan edib.
AzNews.az-ın xəbərinə görə, prezident bunu ABŞ və NATO-dan olan təhdidlərin qarşısını almaq üçün etdiyini gizlətməyib.

O, bildirib ki, bu təhdidlər Rusiya vətədaşlarını ciddi şəkildə narahat edir: "Bizi narahat edən başqa məsələlər də var. Kosmosun hərbi fəthi, strateji silahların tətbiq edilməsi davam etdirilir və s. Çoxlu sayda yeni təhdid yaranır. Bu yaxınlarda siz də bildiyiniz kimi, NATO-nun şərqi Avropada qüvvələrinin artırılması barədə qərar qəbul edilib".

Rusiya lideri NATO-nu Ukraynadakı hadisələri strateji faydalar əldə etmək üçün manipulyasiya etməkdə günahlandırıb: "Qərbdəki bəzi əməkdaşlarımız tərəfindən qəsdən törədilən Ukraynadakı böhran, indi də bu hərbi blokun reanimasiyası üçün istifadə olunur".

Rusiya prezidenti bütün bu tədbirlərin Rusiyanı təhdidlərdən qorumaq üçün edildiyini bildirib: "Vurğulamaq istəyirəm ki, etdiyimiz hər şey yalnız cavab tədbirləridi".

Aydan
AzNews.az