- Köhnə - Dünya
- 19 Yanvar 2016 23:35
- 3 421
Rusiyadan İŞİD-ə zərbə
Rusiya Müdafiə Nazirliyi Deyr əz-zorda İŞİD-i vurduqlarını açıqlayıb.
AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, açıqlamada İŞİD-in Deyr əz-Zordakı qərargahlarının yox edildiyi və 60 terrorçunun öldürüldüyü bildirilib.
Mart ayından bəri Deyr əz-Zoru mühasirəyə alan İŞİD şənbə günü şəhərin mərkəzini ələ keçirmək üçün yeni bir hərəkata başlayıb və nəticədə 300 sadə vətəndaşı edam etdirib, 400 nəfəri isə oğurlayıb.
Son 4 gündə Suriyada 157 hava əməliyyatı təşkil etdiyini açıqlayan Rusiya, ümumilikdə 579 terrorçunun öldürüldüyünü bildirib.