AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Adil Nəsib oğlu Bağırov dünən gecə, 69 yaşında qəflətən dünyasını dəyişib. O, AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri vəzifəsində çalışıb. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Adil Nəsib oğlu Bağırov dünən gecə, 69 yaşında qəflətən dünyasını dəyişib. O, AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Dilçi alim vəfat etdi

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Adil Nəsib oğlu Bağırov dünən gecə, 69 yaşında qəflətən dünyasını dəyişib. O, AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri vəzifəsində çalışıb.


AzNews.az xəbər verir ki, "Türk dillərində yarımçıq feillər", "Naxçıvanın hidronimləri", "Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri", "Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü", "Naxçıvanın oykonimləri", ikicildlik "Onomologiya problemləri" və s. kimi sanballı əsərlərə imza atan Adil Bağırov, ümumiyyətlə, altı monoqrafiya, beş kitab, iki dərs vəsaiti, iki tədris proqramı, yüz otuza yaxın elmi və metodik məqalənin müəllifi idi.

Azərbaycan dilçilik elminin dəyərli simalarından hesab olunan tanınmış şərqşünas Adil Bağırovla vida və dəfn mərasimi bu gün Naxçıvan şəhərində olacaq. Mərhum doğulduğu yurdda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!