Qəbələ rayonu, Tikanlı kəndində Şahdağ Milli Qoruğunun ərazisində 0,35 ha sahədə talalıq, ağac qırıntıları və qurumuş ağac kötükləri yanıb. Qəbələ rayonu, Tikanlı kəndində Şahdağ Milli Qoruğunun ərazisində 0,35 ha sahədə talalıq, ağac qırıntıları və qurumuş ağac kötükləri yanıb.

Şahdağ Millli Parkında yanğın söndürülüb - Yenilənib

Qəbələ rayonu, Tikanlı kəndində Şahdağ Milli Qoruğunun ərazisində 0,35 ha sahədə talalıq, ağac qırıntıları və qurumuş ağac kötükləri yanıb.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

AzNews.az FHN-nə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

İlkin məlumata əsasən parkın ərazisində kol-kos və quru otluq sahələr yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

***

AzNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.

Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.

Hazırda yanğın lokallaşdırılmaq üzrədir.