- Köhnə - Hadisə
- 8 Sentyabr 2017 19:42
- 5 759
Ağaclar evin üstünə aşdı - Qəbələdə güclü külək
Qəbələdə güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.
AzNews.az FHN-nə istinadən xəbər verir ki, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşmış ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görüblər.
Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb. Əməliyyat saat 16:20-də başa çatıb.