Avtomobillər toqquşdu

Göyçay rayonunda avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Qaraxıdır kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Rizvan Xəlil oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdən gələn digər “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtomobildəki sərnişin, Qaraxıdır kənd sakini, 1974-cü il təvəllüdlü Mustafayeva Rəna Nadir qızı xəsarət aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Rizvan Abdullayevin toy mərasimində spirtli içki qəbul etdiyi, hadisə zamanı halının pisləşdiyi bildirilir. Ona tibbi yardım göstərilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az