- Köhnə - Hadisə
- 10 Sentyabr 2017 14:19
- 6 526
Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi - Qağayıya görə (Video)
Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.
AzNews.az baku.ws-ə istinadən xəbər verir ki, Atatürk Havalimanına enən təyyarə havada qəzaya uğrayıb. Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.
Bu xəbərdarlıqdan sonra Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri və Azərbaycan Hava Yollarının Bakı-İstanbul reysinin həyata keçirən təyyarə eniş edə bilməyib.
Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.