- Köhnə - Hadisə
- 10 Sentyabr 2017 17:21
- 6 127
Məcburi köçkünlərin məskunlaşdığı klub binasında yanğın söndürüldü - Yenilənib
Ağcabədi rayonunun Hüsülü kəndində məcburi köçkünlərin məskunlaşdığı binada (əvvəllər kənd klubu kimi fəaliyyət göstərib) yanğın baş verib.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kvadratmetr yaşayış sahəsi yanıb.
Yanğın baş verən zaman binada fəaliyyət göstərən Hüslü kənd uşaq baxçasının əşyaları otaqdan çıxarılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
AzNews.az FHN-nə istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerindədir.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.