Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin Ferrari F2001 bolidi Nyu-Yorkda Sotheby’s hərracında 7.5 milyon dollara satılıb. Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin Ferrari F2001 bolidi Nyu-Yorkda Sotheby’s hərracında 7.5 milyon dollara satılıb.

Şumaxerin bolidi rekord qiymətə satıldı

Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin Ferrari F2001 bolidi Nyu-Yorkda Sotheby’s hərracında 7.5 milyon dollara satılıb.

AzNews.az xəbər verir ki, bu isə indiyə kimi satılan ən bahalı Formula 1 bolididir.

Qeyd edək ki, Ferrari F2001 tarixi maşınlarla bir sırada deyil, Endi Uorxol, Frensis Bekon və Jan-Mişel Baskiya kimi nüfuzlu müasir incəsənət nümayəndələrinin əsərləri ilə birlikdə həraca çıxarılıb. Həmin hərracda Frensis Bekonun "Corc Dayerin 3 etüdü" triptixi 38.6 milyon dollara satılıb.

Daha əvvəlki rekord Ferrari F2004 bolidinə məxsus idi. Həmin maşını da Mixael Şumaxer idarə edib. Bu model isə 2005-ci ildə 3 milyon dollardan bir qədər artıq qiymətə satılmışdı.