- İşin içi
- 22 İyul 17:51
- 1 044
Azərbaycanda unlu qənnadı məmulatlarının istehsalı 1 %-dən çox artıb

Bu ilin I yarısında Azərbaycanda 35 min 690 ton unlu qənnadı məmulatları istehsal edilib.
AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.
İyulun 1-nə ölkədə 478,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 93,8 % çoxdur.
Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur.
AzNews.az