- İşin içi
- 16:32
- 1 102
AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqələrin qaliblərini müəyyən edib.
AzNews.az AYNA-ya istinadən xəbər verir ki, "Bakı-Horadiz" marşrutu üzrə fiziki şəxs Quliyev Sərdar Əjdər oğlu, "Bakı-Sınıq Körpü" və "Bakı-Zaqatala" marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC, "Bakı-Ağcabədi" marşrutu üzrə fiziki şəxs Süleymanov Elxan Abdulla oğlu, "Sumqayıt-Quba" marşrutu üzrə fiziki şəxs Hümbətov Hikmət Behbud oğlu, "Qazax-Gəncə" marşrutu üzrə fiziki şəxs Pənahov Vaqif Nəriman oğlu, 157 nömrəli marşrut üzrə hüquqi şəxs "BusTrans" MMC qalib elan olunublar.
AYNA marşrut xətlərini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
AzNews.az