- İşin içi
- 11:12
- 534
"Bitcoin"in qiyməti fantastik məbləğdə olacaq
Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan "Coinbase"in icraçı direktoru Brayan Armstronq, kriptovalyutanın dəyərinin təxminən 30%-ni itirməsinə baxmayaraq, "Bitcoin"in 2030-cu ilə qədər 1 milyon dollara çatacağını proqnozlaşdırıb.
Bu barədə biznesmen "The National" nəşrinə müsahibəsində bildirib.
"Məncə, kriptovalyutanın böyümə üçün böyük potensialı var. Mən hələ də "Bitcoin"in 2030-cu ilə qədər bir milyon dollar dəyərində olacağını düşünürəm", - Armstronq bildirib.
2012-ci ildə ABŞ-da qurulan "Coinbase"in baş direktorunun fikrincə, investorlar kriptovalyuta bazarındakı qısamüddətli dalğalanmalara çox diqqət yetirməməlidirlər, çünki "Bitcoin" son onilliyin ən yaxşı nəticə göstərən aktivi olaraq qalır.
"Qısa müddətdə kriptovalyuta riskli aktiv kimi qəbul edilir, lakin son 10 il ərzində "Bitcoin" ən yaxşı nəticə göstərən aktiv olub".
Aznews.az