AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır. AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır.

Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açılır

AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) AzNews.az-a verilən məlumata görə, martın 15-dən etibarən AZALJET brendi altında Moskvanın Vnukovo hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.

"Vnukovo" Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə saat 20:30-da, Qəbələ və Gəncədən uçuş - saat 20:30-da, "Vnukovo" Beynəlxalq Hava Limanına enmə - yerli vaxtla saat 22:20-də yerinə yetiriləcək.