Bu ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq 6,3 mlrd. manat təşkil edib. Bu ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq 6,3 mlrd. manat təşkil edib.

Sənaye istehsalında artım müşahidə olunur

Bu ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq 6,3 mlrd. manat təşkil edib.

AzNews.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 85,5%-i mədənçıxarma, 12,1%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,2% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87%, xidmətlərin göstərilməsi isə 13% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2018-ci il vəziyyətinə 326,9 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 26,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.