MTRŞ-dan telekanallara daha bir zərbə

"Milli Televiziya və Radio Şurasında (MTRŞ) milli serialların çəkilməsi ilə bağlı ayrılan maliyyə vəsaitinin bir başa prodakşın şirkətlərinin hesabına keçirilməsi barədə müzakirələr gedir. Məsələ bu gün gündəmdədir". Bunu AzNewş.az-a MTRŞ Aparatının rəhbəri Toğrul Məmmədov dedi.

Onun fikrincə, maliyyə vəsaitinin bir başa prodakşın şirkətlərinə ayrılması daha doğrudur: "Amma maliyyə vəsaitinin ilk olaraq, televiziyaların hesabına keçirilməsinin səbəbi vardı. Çəkilən serial ekrana çıxmalıdır, nümayiş olunmalıdır. Biz də onu bu məqsədlə etdik. Hər bir kanal çəkdiyi serialı öz efirində nümayiş etdirməlidir. Telekanallar da bir başa prodakşınlarla iş birliyi qurub müqavilə bağladılar. Bağlanılan müqavilədən sonra pul prodakşınların hesabına keçirildi".

Bahar
AzNews.az