Ermənilər milli valyutamıza daha çox etibar edirlər Ermənilər milli valyutamıza daha çox etibar edirlər

Ermənistanda Azərbaycan manatı

Ermənilər milli valyutamıza daha çox etibar edirlər



Azərbaycanın milli valyutası manat Ermənistanın Gürcüstanla həmsərhəd olan rayonlarına, hətta İrəvana qədər nüfuz edib. Ermənistan-Gürcüstan arasında davamlı ticarət əlaqəsində olan ermənilər Azərbaycan manatından tədavül vasitəsi kimi rahatlıqla istifadə edirlər.

Bu barədə Modern.az saytına Gürcüstanda, Bolinisi rayonunda ticarətlə məşğul olan və bu səbəbdən bazarlarda ermənilərlə tez-tez rastlaşan soydaşlarımız məlumat verib.

Məlumatda bildirilir ki, Gürcüstanın cənub rayonlarında, xüsusən, Azərbaycan türklərinin yaşadıqları yerlərdə Azərbaycan manatı gürcü larisi ilə paralel olaraq istifadə olunur. Yəni, istər nəqliyyatda, istərsə alış-veriş yerlərində lari olmayanda manat onu əvəz edir. Ermənistandan gəlib bu bölgədə alış-veriş edən, ticarətlə məşğul olan ermənilər də Azərbaycan manatından istifadə edirlər. Hətta manatı ciblərində İrəvana qədər aparırlar.

Manatı bölgənin etibarlı valyutası kimi Ermənistan dramından və Gürcüstan larisindən üstün tutaraq "dar gün üçün" evində gizli toplayan ermənilərin də olduğu bildirilir.

AzNews.az