- Köhnə - Kriminal
- 10 Fevral 2016 15:49
- 5 586
Bakıda qadın tanışını bıçaqladı

Münaqişə zəminində T.Hüseynova tanışına bıçaqla xəsarət yetirib.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 9-da paytaxtın Sabunçu qəsəbəsində yaşayan Tamaşa Hüseynova evində münaqişə zəminində tanışı Vüsal Səmədova bıçaqla xəsarət yetirib.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Hüseynova tutulub.