Alim Qasımov qalmaqal yaradan erotik tamaşadan danışdı- İlk dəfə

Xalq artisti Alim Qasımov "Qatil" tamaşası ətrafında yaranmış qalmaqal haqda ilk dəfə danışıb.

Bu barədə AzNews.az-a açıqlama verən sənətkar yazılanların yanlış olduğunu bildirib: "Mən burada olmayanda haqqımda yazılanlardan danışma. Heç mən də danışmaq istəmirəm. Çünki hamısı səhvdir. Qardaş, bu, öz aramızda olan bir söhbət idi. Sən dostlarınla oturandan nə iş görürsünüz? Təbii ki, özünüzə aid olan söhbətlər edirsiniz də. Ona görə deyirəm ki, bu söhbəti bağladıq".

Qeyd edək ki, bütün bu söz-söhbətlər Mehriban Ələkbərzadənin səhnələşdirdiyi "Qatil" tamaşası ətrafında baş vermişdi. Belə ki, aktyor-rejissor Şeyx Əbdül Mahmudbəyovla tamaşaya baxmağa gələn Alim Qasımovun səhnə əsərindəki erotik hissələrə etiraz edərək tamaşa zalını tərk etdiyi bildirilirdi. Bu isə tamaşa rejissorunun və teatr rəhbərliyinin narazılığına səbəb olmuşdu.

İntiqam Valehoğlu
AzNews.az