Kremldən İrəvana diplomatik ultimatum: "Qəbuledilməzdir"

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərar fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statusuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edib.

AzNews.az xəbər verir ki, bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı son əsassız və hüquqi baxımdan dəyərsiz “hökm”ü fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - mənbə bildirib.

O, Moskvanın belə bir qərarın son dərəcə mənfi nəticələri barədə İrəvana xəbərdarlıq etdiyini vurğulayıb.

AzNews.az