- Rusiya və İran
- 11:48
- 1 049
İran Hörmüz boğazında hərəkətə keçdi: “Sularımıza müdaxiləyə icazə verməyəcəyik”
İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin yüksəkvəzifəli rəsmisi bildirib ki, İran regiondakı bütün prosesləri yaxından izləyir və öz sularına və maraqlarına qarşı heç bir müdaxiləyə icazə verməyəcək.
İran dövlət mediasının yaydığı məlumata görə, SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə deyib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazı ətrafında baş verən bütün hərəkətləri nəzarətdə saxlayır və “təxribat xarakterli addımlara” cavab verməyə hazırdır.
“İran İslam Respublikası regiondakı hərəkətləri dəqiqlik və qətiyyətlə izləyir və öz sularına və maraqlarına qarşı heç bir müdaxiləyə imkan verməyəcək”, — deyə Məhəmməd Əkbərzadə televiziya çıxışında bildirib.
O əlavə edib ki, Tehran Hörmüz boğazı ilə bağlı daha geniş strateji yanaşma qəbul edib və ölkənin hərbi-dəniz qüvvələri bölgədə fəal fəaliyyətini davam etdirir.
Mövsüm,
AzNews.az