Bu gün Azərbaycan estradasının tanınmış simalarından biri olan Aygün Kazımovanın doğum günüdür. Bu gün Azərbaycan estradasının tanınmış simalarından biri olan Aygün Kazımovanın doğum günüdür.

“Mən artıq doğuldum” – Aygün Kazımova (FOTOLAR)

Bu gün Azərbaycan estradasının tanınmış simalarından biri olan Aygün Kazımovanın doğum günüdür.



AzNews.az xəbər verir ki, müğənni bu xoş günü ilə bağlı özünün İnstagram səhifəsində şəkillər paylaşıb.

Aygün Kazımova şəkillərin altında "Mən artıq doğuldum" şərhini də yazıb. Aygün Kazımova doğum gününü ilk olaraq qızı ilə qeyd edib və üzərində "DİVA" yazılan tortun şamlarını birgə söndürüblər.





Qeyd edək ki, Aygün Kazımova 1971-ci il yanvarın 26-da Bakıda anadan olub.
Peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı payızı" yarışması ilə gəlib. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb.

2001-ci ildə yenidən üç - "İlin müğənnisi", "İlin hit mahnısı" (Я и ты), "İlin konserti" (Я девушка восточнaя) nominasiyaları üzrə "Qrand" mükafatı qazanıb. İndiyə kimi 10-a yaxın solo konserti olub

Bu günə kimi 15 diski işıq üzü görüb. 2001-ci ildə əməkdar, 2009-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

A.Kazımova Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarkardan dərs alıb. O, bir sıra xarici ölkələrdə də konsertlər verib. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilən konsertdir. Bunlardan savayı, A.Kazımova xeyriyyə konsertləri də keçirib. 2005-ci ildə o, rejissor Arif Qazıyevin "Xarı Bülbüllər" musiqili filmində baş rola çəkilib. Həmçinin "Best Model of Azerbaijan"ın rəhbəri vəzifəsində də iştirak edib.

"Sevgi gülləri" (1997), "Ey mənim dünyam" (1999), "Aygün" (2000), "Sevdim, (2001), "Son Söz" (2004), "Sevərsənmi?" (2005) və başqa albomları işıq üzü görüb.

Qeyd edək ki, hər zaman fərqli imiclərlə gündəmə gələn müğənni son vaxtlar xeyli çəki atması ilə də diqqəti cəlb edib.