Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin yekununa dair protokolun tərtib olunması barədə razılıq əldə olunub. Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin yekununa dair protokolun tərtib olunması barədə razılıq əldə olunub.

Azərbaycanda prezident seçkilərinin nəticələrinə yekun vurulub - Foto

Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin yekununa dair protokolun tərtib olunması barədə razılıq əldə olunub.

AzNews.az xəbər verir ki , iclasda prezident seçkilərinin nəticələri ilə bağlı ümumi məlumat verilib, nəticələrə dair yekun protokolun tərtib edilməsi barədə qərar qəbul edilib.

Yekun protokol tərtib olunduqdan sonra sənəd Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində, yəni aprelin 25-dək rəsmən elan etməlidir.

Prezident seçkilərini 61 təşkilat və 59 dövlətdən 894 beynəlxalq müşahidəçi, 58 min 175 yerli müşahidəçi izləyib. Bu, seçkilərə yüksək marağın olmasını təsdiqləyib.

MSK sədri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına da münasibət bildirib: "Biz münasibətimizi həm yazılı şəkildə, həm də görüşlərdə kəskin şəkildə bildirmişik. Demişik ki, Azərbaycan Avropanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Azərbaycanda insanlar gördüklərini vizual şəkildə yerləşdirirlər. Bu, bizə xoş gəlməsə də, dünyaya nümunə olacaq bir haldır. Onların bizi təqdim etdiyi səviyyəni dünya qəbul etmir, sivil dünya bizi yüksək səviyyədə qəbul edir. Seçkilərdə xoşagəlməz addımlar atmaq istəyən insanlar da ola bilər. Azərbaycanda seçkinin səviyyəsi ən inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğundur. Onlar bizi məcbur edirlər ki, fikir bildirək. Azərbaycan xalqı onların fikirləşdiyi xalq deyil, biz Azərbaycan xalqına hörmət tələb edirik. Bu seçki onların xoşuna gələn ölkələrdə keçirilsəydi, axşama qədər təbliğ edərdilər. Bizə təsir edən odur ki, niyə bizə layiq olmadığımız standartlar tətbiq olunur? Ortaya qoyduqları sənədə baxanda görürük ki, missiyanın özü seçki müşahidə missiyasından daha çox başqa missiyaya xidmət edən qurum kimi görünür".

Aprelin 11-də keçirilmiş prezident seçkilərində ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri (ümumi seçicilərin 74,30 faizi) səsvermədə iştirak edib. Səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % (3 milyon 397 min 664), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02 % (119 min 390), öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,12 % (123 min 6), Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03 % (119 min 674), Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38% (54 min 603), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52 % (59 min 977), Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17 % (46 min 10), "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74 % (29 min 282) səs toplayıb.