Türkiyənin Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi Ermənistandakı etiraz aksiyaları və ondan sonrakı iqtidar dəyişikliyi barədə analitik məqalə yayımlayıb. Türkiyənin Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi Ermənistandakı etiraz aksiyaları və ondan sonrakı iqtidar dəyişikliyi barədə analitik məqalə yayımlayıb.

Ermənistanda Paşinyan dönəmi və pozulan tarazlıq

Türkiyənin Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi Ermənistandakı etiraz aksiyaları və ondan sonrakı iqtidar dəyişikliyi barədə analitik məqalə yayımlayıb.

AzNews.az bir neçə maraqlı məqama aydınlıq gətirən həmin məqaləni olduğu kimi təqdim edir:

Ermənistanda son seçkilərdən sonra yaranan etiraz aksiyaları və iqtidar dəyişikliyi elə bir sürətlə gerçəkləşdi ki, ilkin mərhələdə olayların gerçək üzü bir çoxları üçün qaranlıq qaldı. Qonşu ölkələr və bölgədə maraqları olan güc mərkəzləri 2014-cü ildə Ukraynada olduğu kimi, birmənalı olaraq tərəflərdən hər hansı birinə dəstək və ya təsir göstərmədilər; əksinə, olayların gedişini izləməyi tərcih etdilər. Eyni zamanda, postsovet coğrafyasında cəmiyyətin təsiriylə iqtidar dəyişikliklərinə çox isti baxmayan Rusiyada belə Yerevandakı aksiyalarla əlaqədar konkret bir yanaşma olmadı.

Paşinyanın “Soros”çu Komandası

8 May 2018-ci ildə Ermənistan Parlamentindəki səsvrmədə Baş nazir olaraq seçilmiş Paşinyanla iqtidar dəyişikliyindən sonrakı 1 aylıq bir müddətdə Ermənistan üzərində yaranan tablo yavaş-yavaş aydınlaşmaqdadır. Bu gün Rusiya mediasındakı şərhlərə diqqət yetirsək; Nikol Paşinyanın strateji qurumlara – Müdafiə ve Xarici İşlər Nazirliklərinə ve TəhlükəsizlikŞurası Başqanı kimi xidmətlərə ABŞ-ın təsiri altında olan adları yerləşdirməyə başlaması Moskvanın diqqətindən qaçmır. Və ilkin mərhələdə Ermənistanda yaşananlarla Ukraynadakı olaylar arasında paralelliklər mövcuddur. Rusiya etiraz aksiyaları ilə iqtidarı ələ keçirmiş Paşinyanın, əslində, ABŞ-ın layihəsi olduğunu açıq bir şəkildə bəyan etməkdən çekinir. Şübhəsiz ki, Kreml də Paşinyanın komandasında “Soros” Fondu ilə əlaqəli Rusiyafob baxışlıların sayının çox olmasının fərqindədir.

Məsələn, Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan vaxtilə “Soros” Fondunun maliyyələşdirdiyi “Transparency International” təşkilatında koordinatorluq edib. Yeni kabinetdə Elm və təhsil naziri Araik Arutunyan əvvəllər Helsinki Yurddaşlar Dərnəyi və “Transparency International” təşkilatlarında çalışıb.

Ermenistanın Devlət Nəzarətindən məsul nazir vəzifəsinə gətirilmiş David Sanasaryan indiyə qədər Rusiya əleyhinə olmuş və dəfələrlə ölkədəki Rus hərbi bazasının çıxarılması tələbiylə Rusiyanın Yeravandakı səfirliyi önündə etirazlarda iştirak etmişdir. O, əvvəllər qərbyönümlü olaraq tanınan müxlif İrs partiyasında təmsil olunurdu - bu partiyaya isə ABŞ-da doğulmuş Raffi Ovannisyan baçılıq edir. Yeri gəlmişkən, Paşinyan iqtidara gəldikdən sonra Ovannisyan “mən partiya bayrağını bir kənara atdım, bizə birlik lazımdır” deyərək yeni iqtidara dəstəyini nümayiş etdirdi.

Müdafiə Nazirliyi kimi strateji bir qurumun etibar edildiyi David Tonoyan 1990-cı illərin sonundan Ermənistanın NATO-dakı təmsilçisi olan bir addır. Rusiyanın “Moskovskiy Komsomolets”qəzetinin xəbərinə görə, bəzi Rus qaynaqları Tonoyanın 2005-ci ildən NATO tərəfindən “ələ alındığını” və ayrıca ABŞ-ın hərbi attaşesi Albay Erik Larsenin ona gizlincə dəstək verdiyini yazıb.

Diasporadan məsuliyyətli olan nazir köməkçisi vəzifəsinə Parisdə doğulmuş, ABŞ-da təhsil almış Babken Ter-Grigoryan gətirildi. O, Ermənistanda “Soros” Fondunun proqram koordinatoro olub və yuxarıda bəhs edilən “Transparency International”da çalışıb. Ən önəmlisi isə erməni cəmiyyəti Ter-Grigoryanı Rusiya dövlət başçısı Putinə nifrət dolu xitabından sonra tanımışdır.

Beləliklə, Ermənistanda iqtidara gələn Paşinyan və onun komandasında yer almış adların keçmişi və siyasi baxışları istiqamətində post-sovet coğrafyasında hazırlanan və maliyyələşdirilən yeni bir layihənin şahidi olmaqdyıq. Və bu məsələyə Türkiyənin də Rusiya qədər diqqət etməsi vacibdir. Çünki bu gün Ermənistanda yaşananlar və bu ölkənin tədricən Rusiyanın kontrolundan çıxması gələcəkdə Türkiyə üçün ciddi baş ağrısına çevrilə bilər.

Qərbyönümlü erməni hökumət Türkiyəyə nə vəd edir?

Paşinyan Baş nazir olaraq xidmətə başladıqdan sonra Türkiyə ilə əlaqələrə toxunaraq, əsas şərt olmadan münasibət qurmağa hazır olduğunu bəyan edərək, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ müharibəsinin Ankara-Yerevan arasındakı əsas şərt olaraq gündəmə gətirilməməsini vurğulamışdı. Sözdə "soyqırım"la əlaqəli olaraq da əvvəlki hökumətlərdən fərqli düşünmədiyini və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün çalışacaqlarını Paşinyan çıxışında bəyan etmişdi.

Ermənistanda iqtidar dəyişikliyindən dərhal sonra rusiyalı analitik Vladimir Jarihin şərh verərək Paşinyanın Ermənistanın qonşularıyla əlaqələrinin daha da pozula biləcəyini, Türkiyə ilə əlaqələrdə də gərginliyin yaşana biləcəyini vurğulamışdı: “Bir də görəcəksiniz Paşinyan Ararat (Ağrı) dağını “geri almaq” eşqinə düşdü”. Təbii ki, bu gün kiçik bir əraziyə, dağılmış iqtisadiyyata malik olan Ermənistanın Türkiyə kimi bir dövlətə qarşı torpaq iddiasına və hər hansı bir hərbi müdaxiləyə girişəcəyi inandırıcı görünmür. Amma Türkiyə üçün təhlükə Ermənistanın özündən deyil, onu idarə edəcək ABŞ-dan gələ bilər.

Türkiyə NATO üzvü olaraq ABŞ ilə hərbi müttəfiqlik əlaqələrində olsa da, Vaşinqtonun son illərdə və xüsusilə, 15 İyul çevriliş cəhsindən sonra müttəfiq dövlət olaraq gördüyü Türkiyə ilə bağlı siyasəti əslində böyük problemlərin olduğunu ortaya qoyur. İllər ərzində Türkiyəyə qarşı müxtəlif terrrr qrupları vasitəsiylə gizli cəbhə açan ABŞ-ın bəzı erməninönümlü ətrafları bunun üçün həm Türkiyənin öz ərazilərindən, həm də qonşu dövlətlərin nəzarətindən kənar bölgələrini istifadə etmişdir. Türkiyənin ərazilərində terrorçulara qarşı mübarizədə əldə etdiyi uğurlardan sonra Suriyadakı PKK ve PYD/YPG terrorçularının aktivləşməsi Ankaraya qarşı yeni cəbhənin açılmasının əlamətidir. PKK ve YPG terroçularının Suriyada əraziləri nəzarətinə alması, ən modern silah və hərbi vasitə ilə təchiz olunması burada Türkiyəyə qarşı geniş bir sahə yaratmaq məqsədi daşımaqda idi. Fəqət, Türkiyədə AKP iqtidarının “Fırat Qalxanı” və “Zeytin Dalı” kimi hərbi əməliyyatları Suriyadan gələn təhlükəni ortadan qaldırmağı, terrorçuları bu torpaqlardan çıxarmağı bacardı!

Və belə bir durumda Ermənistanda gerçəkləşmiş iqtidar dəyişikliyi Türkiyənin təhlükəsizliyi baxımından da böyük önəm daşıyır. Bəzi ekspertlərə görə, yarandığı gündən indiyə qədər Türkiyəyə qarşı torpaq və sözdə soyqırımı iddialarından əl çəkməyən Ermənistanın ABŞ-ın nəzarətinə keçməsi Türkiyəyə qarşı daha bir cəbhənin açılması təhlükəsini gerçəkləşdirə bilər. Suriyada Türkiyənin hərbi əməliyyatlarının uğurla nəticələnməsiylə itirmiş xarici güclər; bunu “Soros”çu Paşinyanın vasitəsiylə yenidən gündəmə gətirmə şansı qazandı. Xatırladaq ki, indiyə kimi illər ərzində istər Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, istərsə də Ermənistan-Türkiyə sərhədi yaxınlığındakı bölgələrdə yüzlərlə PKK-lı terroristin təhsil alması ilə bağlı məlumatlar paylaşılır. Erməni qaynaqları 1990-cı illərdə Azərbaycana qarşı hərbi əməliyyatlarda PKK şəbəkələrinin də döyüşdüyünü etiraf etmişlər və bir çox qaynaq işğal olunmuş torpaqlarda bu terror təşkilatının təhsil kamplarının varlığından xəbər verir. Sadəcə, indiyə qədər Rusiyanın təsiri altında olan Ermənistana öz ərazilərindən Türkiyəyə qarşı provokasiya və hərbi avantür üçün istifadə etməsinə imkan verilməmişdir. Çünki sərhədlərinin Rus hərbçiləri tərəfindən qorunduğu Ermənistanla Türkiyə arasında hər hansı bir gərginliyin yaranması Rusiyanın maraqlarına uyğun deyil. Son illər Kremlin Türkiyə ilə strateji işbirliyi əlaqələrinin qurulmasına üstünlük verməsi isə bu planların gerçəkləşməsini imkansız etmişdir.

Amma bu gün Ermənistandaki geopolitik oyunlar Moskvanın bu dövlət üzərindəki nəzarətini zəiflədə biləcək bir gücdədir. Ermənistanda güclənən ABŞ üçün bu cümhuriyyət Türkiyəyə qarşı da ideal bir təhlükə yarada bilər. Əvvəla, on illər ərzində yürüdülmüş propaqanda və sözdə soyqırımla bağlı baxışlar sayəsində ermeni cəmiyyətində “düşmən Türkiyə” imici yaradılmışdır. Və bu müddətdə ABŞ-dakı ermenipərəst siyasətçilərin və lobbi qruplarının rolu danılmazdır. Ümumiyyətlə, sözdə “Erməni soyqırımı” məsələsi ABŞ-ın bəzı dairələri üçün Türkiyəyə basqı alətidir və fərqli hərbi-siyasi dairələr tərəfindən lazımi zamanda gündəmə gətirilmişdir. Bu mövzuda “Soros” Fondunun hansı rol oynadığı məlumdur. “Soros”un maddi yardımıyla Türkiyədə yaradılmış “İqtisadi və Sosial Araşdırmalar Vəqfi’nin Türk cəmiyyətinə “demokratik açılış” adıyla təqdim etdiyi Türk-Erməni, Türk-Kürd əlaqələri ilə bağlı milli maraqlara uyğun gəlməyən təşəbbüsləri xatırlamaq yetərlidir. Odur ki, bu gün Ermənistanda yeni hakimiyyətin formalaşdırılması və “Soros” Fonduyla əlaqəli adların ən strateji postlara yerləşdirilməsi ilə, eyni zamanda, Vaşinqtondakı Türkiyə əleyhinə olan dairələrin aktivləşməsi təsadüfi deyildir. Məsələn, ermənipərəst mövqeyi ilə tanınan ABŞ Təmsilçilər Məclisinin üzvü Bred Şerman yenidən Türkiyənin Ermənistana tətbiq etdiyi embarqonu qaldırması və bu dövlətlə bütün sahələrdə işbirliyini inkişaf etdirməsi tələbiylə gündəmə gəlmişdir. Unutmamalıyıq ki, Bred Şerman ABŞ-ın Erməni Assambleyasının təsiri altında Türkiyə əleyhinə fəaliyyəti ilə məşğul olan çox sayda Təmsilçilər Məclisi üzvlərindən yalnız biridir. Və heç şübhəsiz, “Soros” Fondu Ermənistandakı mövqelərini gücləndirdikcə okeanın o tərəfindəki digər qüvvələri də Türkiyə əleyhinə səfərbər etməyə başlayacaqdır.

Ermənistanın Türkiyəyə qarşı istifadə oluna biləcəyindəki önəmli bir nöqtə də Suriyadan fərqli olaraq Ermənistanın mühxlif qrupların nəzarəti altında, mərkəzi hakimiyyətin mövcud olmadığı və vahid quruluşunu itirmiş bir dövlət olmadığıdır. Ermənistandan gələ biləcək təhdid və təhlükəni güc yoluyla həll etmək imkanı ən azı bu gün imkansız görünür. Odur ki, Türkiyə bu potensial təhlükəni diplomatik təsir yoluyla ortadan qaldırmalı olacaqdır. Bundan dolayı, rəsmi Ankara Nikol Paşinyanın iqtidara gəlişinin geopolitik motivləri, bölgə və Türkiyə üçün potensial təhlükəsini diqqətlə analiz etməli və prosesin dövlət maraqlarına qarşı yaradacağı istənilən istiqamətdə inkişaf etməsinə hazır olmalıdır.

Hazırladı:
Elgün Mənsimov
AzNews.az