Rəhmətlik Səttar Bəhlulzadə qeyri-adi dərəcədə rəssam olduğu kimi qeyri-adi də bir insan olub. Bir az haşiyə çıxmaq olsa da, bu adamın özü, görünüşü bir rəsm əsəri idi, hazır portret idi. Mən bunun özüm üçün kəşf edib rəsm müəllimimizə deyəndə altıncı və yaxud da yeddinci sinifdə ancaq oxuyradım. Yadıma gəlir, rəsm müəllimimiz heyrətlə mənə baxıb “Necə də düz tapmısan!” dedi... Rəhmətlik Səttar Bəhlulzadə qeyri-adi dərəcədə rəssam olduğu kimi qeyri-adi də bir insan olub. Bir az haşiyə çıxmaq olsa da, bu adamın özü, görünüşü bir rəsm əsəri idi, hazır portret idi. Mən bunun özüm üçün kəşf edib rəsm müəllimimizə deyəndə altıncı və yaxud da yeddinci sinifdə ancaq oxuyradım. Yadıma gəlir, rəsm müəllimimiz heyrətlə mənə baxıb “Necə də düz tapmısan!” dedi...

Angela Merkel, Səttar Bəhlulzadə və bir də...

Rəhmətlik Səttar Bəhlulzadə qeyri-adi dərəcədə rəssam olduğu kimi qeyri-adi də bir insan olub. Bir az haşiyə çıxmaq olsa da, bu adamın özü, görünüşü bir rəsm əsəri idi, hazır portret idi. Mən bunun özüm üçün kəşf edib rəsm müəllimimizə deyəndə altıncı və yaxud da yeddinci sinifdə ancaq oxuyradım. Yadıma gəlir, rəsm müəllimimiz heyrətlə mənə baxıb “Necə də düz tapmısan!” dedi...

Sözüm bunda deyil. S.Bəhlulzadə, bir daha deyirəm ki, hədsiz dərəcədə orijinal bir adam olub. Deyilənə görə pal-paltara, geyimə bir o qədər də fikir verməzmiş, çünki sutkanın az qala 24 saatını rəssam kimi yayaşyırdı. Fırça-qələm əlindən düşmürmüş, deyilinə görə, bir də görürdün ki, kimsənin ağlına gəlməyən yerdə və məqamda bu adam nəsə çəkməyə başlayırmış.

Aydın məsələdi ki, belə həyat yaşayan adam üst-başına o qədər də fikir verməz, təmiz, ütülü paltar onun üçün elə də önəmli deyildi. Buna görə bəzən çox məzəli situasiyalara da düşürmüş.

Belə danışırlar ki, camaat bir dəfə görür ki, daim elektrik qatarında dilənən bir dilənçi yapışıb Səttarın yaxasından ki, bəs buralar mənimdir, məmin zonamdır, burada ancaq mən dilənirəm və sən keç başqa qatara!..

Camaat qayıdır ki, ay filankəs, bu adam dilənçi deyil, xalq rəssamı Səttar Bəhlulzadədir! Gəl, dilənçi əl çəmir ki, çəkmir. Axır onun cibinə beşdən-üçdən qoyub birtəhər rədd edirlər...

Bilirsinizmi, bunları niyə xatırladım? Bu yaxınlarda Bakıda səfərdə olarkən A.Merkel bir-iki ictimaiyyətçilə görüşübmüş. Dorğusu, bu, məni qətiyyən maraqlandırmır. Kim olub görüşdə, nə danışılıb, nə danışılmayıb – şəxsən mənim üçün bunların zərrə qədər də mənası və ya önəmi yoxdur.

Sadəcə, problem Merkel gedəndən sonra başladı. Özü də nə başladı! Bəziləri S.Bəhlulzadənin yaxasından yapışan dilənçi kimi haray–həşir qopradılar ki, Merkellə biz görüşməli idik, niyə başqalarını çağırıblar?!.
Hətta bu da hələ hamısı deyil. Eləsi var, demir ki, alman kanslerlə şəxsən mən görüşməli idim, şivən qoparır ki, bəs o görüşdə filankəs niyə iştirak edibdir?!.

Ona görə də bütün bunlar mənə böyük rəssamın yaxasından yapışan dilənçinin əhvalatını xatırlatdı: bəli, bəziləri sanki demək istəyir ki, müxalifət meydanı mənim zonamdır, başqalarını niyə buraxırsınız bura!
Olsun. Amma adamın yenə ürəyi dözmür. İstəmirsən ki, Azərbaycan müxalifəti bu qədər gülünc vəziyyətə düşsün, - axı nə olmasa da, onlar da azərbaycanlıdır. Ona görə də çox yox, cəmi ikicə məqamı qeyd etmək istərdik.

Birinicisi, indiyədək bəlkə də minlərlə belə görüşlər olub – daha Azərbyacanın elə bir siyasisi və ya ictimaisi yoxdur ki, heç olmasa, bircə dəfə belə görüşlərdə iştirak etməmiş olsun. Böyük hesabla nəsə dəyişib, nəsə baş veribmi? Elə dərd də ondadır ki, heç nə dəyişməyibdi və bu cür görüşlər əslində nəyisə dəyişmək üçün deyil, - tanışlıq və bir az da artıq məlumat toplamaq üçündür.

İkincisi, əsas məsələ görüşdə kimin iştirak etməsi yox, iştirak edənlərin ümumi problemləri dilə gətirməsi, kobud şəkildə desək, hamının dərdini – sərini çatdırmasıdır.

Ona görə də şəxsən məəttəl qalıram. Bu cür sadə məsələləri bizim bərkdən-boşdan çıxmış müxalifətçilərimiz bilmirmi? Bilirlər, sadəcə, bir –iki başqa problem də var.

Birincisi, bunların leksikonunda “hamı”, “ümumi problemlər” kimi söz və ifadələr yoxdur.

İkincisi, klassik mənada müxalifət sözünü bunlara aid etmək lazım deyil, ona görə ki, bu adamlar illərdir ki, “müxalifətçi” vəzifəsində çalışırlar və

ona görə də bunları ümumi iş, ümumi problem–filan maraqlandırmır, bu adamlar üçün ən əsası odur ki, filan yerdə məhz özləri olsunlar, çünki ortada zona və dilənmək söhbəti var.

Elə bu səbəbdən də orada kimsə hamı üçün fədakarlıq etsə belə, bu, nəzərə alınmayacaq, çünki “bizimki-sizinki söhbəti” var. Ona görə də azca əvvəl nəql elədiyim hadisəyə bir daha qayıdıram: dedim ki, dilənçinin cibinə beşdən-üçdən qoyub birtəhər böyük rəssamı onun əlindən alıblar. İndi burada da dava beş–üç söhbətidi. Çağırın, bunların da cibinə nəsə qoyun ki, axır səslərini kəssinlər – daha bezdik axı...

Hüseynbala Səlimov