Bakıda fərdi evdə qaz sızması olub. Bakıda fərdi evdə qaz sızması olub.
  • Toplum
  • 27 Noyabr 2018 09:53
  •  1 918

Bakıda ev partladı - İki nəfər...

Bakıda fərdi evdə qaz sızması olub.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış qeydə alınıb. Evin dam örtüyü yararsız hala düşüb.

Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

© AzNews.az