Qadına illər boyu müalicə yazıb “sənin miomunu əridəcəyik” deyən həkimlər var Qadına illər boyu müalicə yazıb “sənin miomunu əridəcəyik” deyən həkimlər var
  • Toplum
  • 18 İyul 2019 13:09
  •  2 125

Bakıda xəstənin qarnından çıxarılan şiş həkimi şoka saldı - FOTO

Qadına illər boyu müalicə yazıb “sənin miomunu əridəcəyik” deyən həkimlər var

Bakıda qadının uşaqlığından böyük ölçülü şiş çıxarılıb.

AzNews.az xəbər verir ki, uzun müddət fibroma xəstəliyindən əziyyət çəkən xəstə həkim Natiq Məhərrəmova müraciət edib.

Həkim xəstəni müayinə edərkən gördüyündən dəhşətə gəlib. Əməliyyat zamanı xəstənin qarın boşluğundan uşaq boyda mioma çıxarılıb.

Natiq Məhərrəmov bunun günahını həkim dostlarında görüb: “Qadına illər boyu müalicə yazıb “sənin miomunu əridəcəyik” deyən həkim dostlarım var. Sizin verdiyiniz dərmanlar bu boyda mioma yetişdirib”.

Bahar RÜSTƏMLİ

AzNews.az