Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal əraziyə göndərilib Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal əraziyə göndərilib
  • Toplum
  • 6 Fevral 2020 23:57
  •  3 009

Yeni Yasamalda mərmi tapılıb

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal əraziyə göndərilib

Bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AzNews.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərminin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.