Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib
  • Toplum
  • 23 Sentyabr 2020 10:00
  •  3 036

Sumqayıtın Yaşıldərə massivində su kəsiləcək

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib

Bu gün Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AzNews.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.