ABŞ G20 sammitində Zelenskini görmək istədiyini açıqlayıb

Amerika prezidenti Co Baydenin müşaviri Ceyk Sullivan ABŞ-nin Hindistanda keçiriləcək G20 sammitində Ukrayna prezidenti Volodimir Zelenskini görmək istədiyini bildirib.

Aznews.az xəbər verir ki, jurnalistlərlə keçirdiyi brifinqdə Sullivan Amerika tərəfinin Zelenskinin sammitə dəvət edilməməsindən məyus olub-olmaması ilə bağlı sualı cavablandırıb.

“Bizim fikrimizcə, prezident Zelenskinin hər hansı bir təşkilat və ya qrup ilə danışmaq imkanı varsa bu, müsbət haldır”, - deyə Sullivan qeyd edib.

O, avqust ayında Ciddədə Ukraynaya həsr olunmuş görüşdə “G20-nin bir çox əsas ölkələri, o cümlədən qlobal Cənub dövlətləri ədalətli və davamlı sülh prinsiplərini müzakirə etmək üçün ukraynalılarla görüşdüyünü” açıqlayıb.

Mövsüm