İrəvan Minskə etiraz notası göndərib

Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anatoli Qlazın bəyanatlarından sonra Ermənistan Xarici İşlər Nazirliyi Minskə etiraz notası göndərib.

Bu barədə Ermənistan diplomatik idarəsinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Bir gün əvvəl Qlaz demişdi ki, Ermənistan rəhbərliyini buna nə qədər kənar oyunçular sövq etsə də, Minsk İrəvanla münasibəti pisləşdirmək niyyətində deyil.

“Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibinin iyunun 13-də verdiyi şərh, xüsusilə Ermənistan Respublikasının daxili işlərinə müdaxilə ilə əlaqədar Belarus tərəfinə etiraz notası göndərilib”, - deyə məlumatda bildirilir.

Mövsüm

Aznews.az