Yaponiyada ABŞ hərbi gəmisində yanğın baş verib

Yaponiyanın Okinava prefekturasının Uruma şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS New Orleans desant gəmisində yanğın baş verib.

Bu barədə NHK teleradio şirkəti məlumat yayıb.

Hazırda ölənlər barədə məlumat yoxdur.

"Yaponiya Sahil Mühafizəsinin sözçüsü bildirib ki, gəminin pəncəsindən tüstü qalxdığı təsdiqlənib, lakin indiyə qədər ekipajın təxliyəsi üçün heç bir müraciət olmayıb", - NHK bildirib.

Mövsüm,

AzNews.az