Kim Çen In xüsusi qatarla Çinə gedir

Şimali Koreya lideri Kim Çen In xüsusi qatarla Çinə gedib.

Bu barədə Koreya Respublikasının Yonhap xəbər agentliyi məlumat yayıb.

Kim Çen In günortadan sonra Pxenyanı tərk edib. Pekinə qatarla getmək 20-24 saat çəkəcək və o, sentyabrın 2-də günortadan sonra orda olacaq.

Şimali Koreya liderinin Pekində hərbi parad üçün keçiriləcək “çoxtərəfli diplomatik mərhələ”yə qatılacağı və burada Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tsinpinlə üçtərəfli görüş keçirəcəyi gözlənilir.

Mövsüm,

AzNews.az