Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 622 nəfərə çatıb

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində 622 nəfər ölüb, 1500-dən çox insan yaralanıb.

Bu barədə Reuters agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində 622 nəfər ölüb, 1500-dən çox insan yaralanıb. Helikopterlər yaralıları dağıntılar altından təhlükəsiz yerə təxliyə edirdi", - nəşr yazır.

Qəzetin yazdığına görə, Əfqanıstan səhiyyə orqanları xilasedicilərin "uzun müddət zəlzələ və daşqın tarixi olan bölgəyə səpələnmiş uzaq kəndlərə" çatmağa tələsdiklərini bildirib.

Mövsüm,

AzNews.az