- Dünyanın halı
- 12:44
- 1 223
Venesuela Kolumbiya sərhədinə 25 min əsgər göndərir

Venesuela prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro Kolumbiya ilə sərhədə 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib.
O, bu barədə rəsmi Telegram kanalında məlumat verib.
“25 min nəfərin [hərbçinin] Bolivarian Milli Silahlı Qüvvələrinə (FANB) məxsus olaraq Kolumbiya ilə sülh zonasında, Karib dənizi sahilində operativ-taktiki sürətli reaksiya qruplarının gücləndirilməsi, həmçinin Karib dənizinin şərq sahilləri və Atlantik okeanı istiqamətində, Nuyeva-Esparta, Sukre və Delta-Amakuro ştatlarında bütün əməliyyatların gücləndirilməsi üçün yerləşdirilməsi barədə əmr verdim”, - deyə o, qeyd edib.
O, bu səfərbərliyin əsas məqsədinin milli suverenliyin, milli təhlükəsizliyin qorunması və sülh uğrunda mübarizə olduğunu vurğulayıb.
Mövsüm,
AzNews.az