- Dünyanın halı
- 18:51
- 1 245
Peruda küçələrdə etirazlar başlayıb: 1 ölü, 102 yaralı

Perunun paytaxtı Lima və ətraf şəhərlərin küçələrində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.
Tələbələr, həmkarlar ittifaqı işçiləri və gənclərin təşkil etdiyi nümayişlərdə minlərlə insan küçələrə çıxıb, hakimiyyət orqanlarının ölkədə getdikcə pisləşən cinayətlə mübarizə böhranını həll etməməsinə etiraz ediblər.
Nümayişlərdə keçən həftə Peru Konqresi tərəfindən “mənəvi qeyri-kafilik” ə görə vəzifəsindən uzaqlaşdırılan prezident Dima Boluarteni əvəz edən Peru prezidenti Xose Yerinin istefası, həmçinin yeni islahatlar və ictimai hesabat tələb edilib.
Səlahiyyətlilər bildiriblər ki, bəzi nümayişçilər gecə ərzində Peru Konqresi binası yaxınlığındakı təhlükəsizlik barrikadalarını dağıtmağa çalışıblar, izdihamın digərləri isə təhlükəsizlik qüvvələrinə daş və fişəng atıb.
Polis zorakılığa gözyaşardıcı qazla cavab verib.
Peru Ombudsmanının verdiyi açıqlamada hadisələrdə 24-ü mülki, 78-i isə polis olmaqla 102 nəfərin yaralandığı bildirilib.
Peru prezidenti Jeri də sosial media hesabından verdiyi açıqlamada nümayişlərdə 32 yaşlı bir şəxsin həyatını itirdiyini bildirib və ailəsinə başsağlığı verib.
Peru prezidenti bildirib ki, insan tələfatı ilə bağlı araşdırmalar aparılır.
Mövsüm,
AzNews.az