Sözügedən fərmanın yalnız fiziki şəxslərə şamli olunması da təsadüfi sayılmamalıdır. Sözügedən fərmanın yalnız fiziki şəxslərə şamli olunması da təsadüfi sayılmamalıdır.

Bir Fərmanla iki uğur: Problemli kreditlərdən iqtisadi investisiyaya doğru

Sözügedən fərmanın yalnız fiziki şəxslərə şamli olunması da təsadüfi sayılmamalıdır.

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı Fərman ölkə başçısının hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi sosial siyasətlər istiqamətində atdığı növbəti addımlardan biridir. Fərmanın pensiya və təqaüdlərin artırılması ilə təxminən eyni vaxtda imzalanması da ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsinə kompleks yanaşdığını, bu siyasətlərin əsasən aztəminatlı ailələrin rifahına hesablandığını bir daha təsdiqləyir. Sözügedən fərmanın 10 min dollara və onun ekvivalenti olan 17 min manata qədər kredit borclarını əhatə etməsi və hüquqi şəxslərə deyil, yalnız fiziki şəxslərə şamli olunması da bu mənada təsadüfi sayılmamalıdır. Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti hansısa imkanlı şirkətlərə bir neçə il əvvəl baş verən devalivasiyanı bəhanə gətirib öz iqtisadi mükəlləfiyyətlərindən yayınmasına fürsət vermək niyyətində deyil və yalnız kredit borclarını ödəmək problemi yaşayan sadə vətəndaşların sosial vəziyyətlərini düşünərək bu addımı atıb.

Bəs, Fərmanda problemli kredit borclarının necə silinməsi və restrukturizasiyası nəzərdə tutulur?

Fərmanda bu məsələyə iki yanaşma mövcuddur. Dollarla olan və bir neçə il əvvəl üst-üstə yaşanan devalivasiyalardan sonra fakrtiki ikiyə qatlanan borclara tətbiq edilən güzəştlər Fərmanın I hissəsində öz əksini tapıb. Sənədin həmin hissəsndə deyilir:

“– 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

– 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

– 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi”.

Burdan çıxan nəticəyə görə, güzəştlər 2012-ci ilin yanvarın 1-dən sonra götürülmüş 10000 dollaradək xarici valyutada olan kredit borclara şamil olunacaq və kompensasiyalar iki fərqli prinsiplə veriləcək. İlk qrupa 2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevral ayının 21-dək alınan borclar aid ediləcək və qalıq borcdan hər 1 dollara görə 15 sent silinəcək. Bu isə 15%-lik güzəşt deməkdir və 10000 dollar borcu olan vətəndaşın 1500 dollar borcu dövlət büdcəsi tərəfindən ödəniləcək.

İkinci qrupa aid edilən kompensasiyalar isə 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək götürülmüş xarici valyutadakı borclara şamil ediləcək. Bu kateqoriyaya daxil olan borclara daha böyük güzəşətlərin tətbiqi nəzərdə tutulur - 35%. Yəni, dövlət 10 min dollar borcu olan vətəndaşın əvəzinə banklara 3 min 500 dollar ödəyəcək. Hər iki qrupa daxil olan xarici valyutadakı borcların güzəştlər çıxıldıqdan sonra yerdə qalan hissəsi isə manatla əvəzlənəcək. Daha aydın təbirlə desək, 10 min dollarlıq borcun bağışlanan hissəsi çıxarıldıqdan sonra yerdə qalanı manatla ifadə olunacaq. Məsələn, 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək götürülmüş 10000 dollardan 3500 dollar dövlət büdcəsindən ödənilərək çıxılacaq, yerdə qalanı isə 7500 manatla əvəzlənəcək.

Fərmanda həmçinin güzəştlərin 5000 dolları keçməməsi şərti də gətirilir ki, bu da kompensasiyaların istisnai hallarda hətta 14300 dollara qədər borclara şamil edilə biləcəyini göstərir. Yəni vətəndaş bir neçə bankdan dollarla kredit götürübsə, ona maksimum 5000 dollar həddində güzəşt tətbiq oluna bilər. “Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır”-Fərmanda belə deyilir.

Fərmanın ikinci hissəsi isə milli valyuta ilə alınan kreditlərə aiddir. Bu kreditlərə hər hansı kampensasiyanın tətbiq olunması nəzərdə tutulmur və bu da başadüşüləndir. Zira vətəndaşların borclarını ödəyə bilməməsi devalivasiya ilə yaranan fərq nəticəsində baş veribsə, məntiqlə, kompensasiya edilən də məhz xarici valyutayla verilənlər olmalıdır. Manatla kredit alanlar isə milli valyutamızın ucuzlaşması nəticəsində onsuz da zərərə düşməmişlər, əksinə, alıcılıq qabilyyətindəki fərq baxımından daha çox divident əldə etmişlər. Divident əldə etmişlərin zərərinin kompensasiyası məntiqlə uzlaşmadığından bu borcluların nəfinə hər hansı güzəştin tətbiqi də nəzərdə tutulmur. Burada söhbət yalnız borc şərtlərinin restrukturizasiyasından gedə bilər ki, Prezident İlham Əliyevin son fərmanında bu tədbir də öz əksini tapıb.

Fərmana görə, milli valyuta ilə borcların restruksiya olunması üçün onların 2012-ci ilin yanvar ayının 1-dən sonra bağlanması və kredit borclarının 365 gündən çox gecikdirilməməsi vacibdir.

Restruktiv güzəştlərin tətbiq olunacağı borcların 17 min manatı keçməməsi nəzərdə tutulur. Bu həddə olan problemli borcların qalıq məbləğinə 5 illik müddətinə illik 1 faiz şərtiylə kredit veriləcək. Beləcə borcların qalıq hissəsi silinəcək, məhkəməyə düşən işlər geri çəkiləcək.

Göründüyü kimi, ölkə başçısının yeni Fərmanı dollarla krediti olan vətəndaşların problemini birdəfəlik həll etməklə yanaşı, banklara milli valyuta ilə borcları olanların da vəziyyətini xeyli yüngülləşdirəcək. Ən azı ona görə ki, həmin vətəndaşlar imzaladıqları müqavilələrlə tətbiq olunan cərimələrdən azad ediləcəklər, daha aşağı kredit şərtləriylə borclarını ödəyəcəklər. Bütün bu tədbirlər isə kasıb vətəndaşların sosial-istisadi vəziyyətini yaxşılaşdırmaqla qalmayacaq, həm də son zamanlar ağır böhran vəziyyətinə düşən bank sisteminin daha rahat fəaliyyət göstərməsini stimullaşdıracaq. Ölkənin iqtisadi inkişafının təminatı olan bank sisteminin daha işlək hala gətirilməsi qeyri-neft sektorunun maliyyələşdirilməsi, kiçik və orta sahibkarlığın investisiya gücünün artırılması deməkdir. Çünki banklar arxalarında dövlət təminatının dayandığını görüb çəkinmədən və daha aşağı faizlərlə kiçik sahibkarlar kredit verə biləcəklər və bu da iqtisadi dövriliyi artıracaq. Bu baxımdan, Cənab İlham Əliyev son Fərmanı ilə təkcə vətəndaşın yanında olduğunu nümayiş etdirməklə qalmır, həm də onları cəsarətlə investisiya layihələrinə girməyə təşviq edir. Bir sözlə, Prezident bir Fərmanla iki uğura imza atdı. Bax, əsl uzaqgörənlik də bunu bacara bilməkdir.

Mürvət Həsənli