- Tribuna
- 26 May 2021 14:28
- 11 643
"Qarabağ Azərbaycanın ən böyük xərçəng yarası idi və bu xəstəlikdən qurtardıq"
“Bu elə bir mükəmməl qələbədir ki, onu nəyləsə əritmək mümkün deyil...”
“Əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu elə bir mükəmməl qələbədir ki, bunu nəyləsə əritmək mümkün deyil. Təbii ki, bundan sonra təxribat da olacaq, çünki heç kəs məğlubiyyətlə barışmaq istəmir. Ermənistanın məğlubiyyətlə barışmama səbəbi şübhəsiz ki, Fransada, Rusiyada və ABŞ-dakı müəyyən dairələrin əlaltı oyunlardı”
AzNews.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında şair Zakir Fəxri deyib.
“Əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu elə bir mükəmməl qələbədir ki, bunu nəyləsə əritmək mümkün deyil. Təbii ki, bundan sonra təxribat da olacaq, çünki heç kəs məğlubiyyətlə barışmaq istəmir. Ermənistanın məğlubiyyətlə barışmama səbəbi şübhəsiz ki, Fransada, Rusiyada və ABŞ-dakı müəyyən dairələrin əlaltı oyunlardı. Ümumiyyətlə, dünya dövlətlərinin içində kənardan durub siyasi oyunlar oynayanlar var və burda da onların siyasi maraqlarının toqquşan yeri var. Bir daha qeyd edirəm ki, bu qələbə möhtəşəmdi. Bunun ardınca ölkənin içində birliyi möhkəmləndirmək lazımdı. İllər öncə insanların inamı sınmışdı, küskün idilər, bu adamları barışdırmaq lazımdı. Müharibə heç zaman qurtarmır. Nə qədər ki, sərhədlər var, münaqişələr qaçılmaz olacaq. O gün özünüz də şahidi oldunuz ki, Özbəkistan Qazaxıstana iki kəndini verdi, illərlə bunun mübahisəsi gedirdi”.
Zakir Fəxri deyib ki, biz xalq olaraq Prezident İlham Əliyevin ətrafında sıx olmalıyıq ki, qarşıdakı işlərimizi də həyata keçirək:
“İndi burda da Cənab Prezident çox doğru yol seçib, 50-ci il xəritəsi və üstəlik 75-ci ildə təsdiq olunmuş. Artıq bir şey istəmir. Amma hər şeyi zaman, tarix həll edir. Sadəcə Cənab Prezidentin ətrafında bir olmaq lazımdı və qalanını da o, özü həll edəcək. İlham Əliyev çox yetkin, bişmiş bir siyasətçi oldu. Bu böyük həqiqətdi. Amma baxırsan ki, qıraqdan müəyyən dairələr bu qələbəni gözdən salmağa çalışırlar. Bu min illər boyu olub, peyğəmbərə də daş atıblar, bilirsiniz. Bu isə yaraşmaz. İllərin həsrəti ilə qələbə qazan və sənə daş atamağa başlasınlar. Vətən sevgisi başqa şeydi. Qarabağ Azərbaycanın ən böyük xərçəng yarası idi və bu xəstəlikdən qurtardıq. İndi addım-addım, yavaş-yavaş, diplomatik mübarizələr qalıb. Şükür Allaha, Azərbaycanın çox mükəmməl ordusu var, biz bundan sonra ordumuzu daha da gücləndirməliyik. Daxildə də indi müəyyən yanlışıqlar var və bu da düzələcək”.
Zakir Fəxri deyib ki, “Xarıbülbül” festivalıyla dünyaya bir daha tolerant dövlət olduğumuzu göstərdik:
“Şuşada Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi heç kimə adi gəlməsin. Tolarent dövlət olduğumuzu bir daha dünyaya göstərdik. Azərbaycanda nə qədər xalqlar mehriban yaşayır. Ermənilər müharibədən əvvəl daha yaxşı yaşayırdılar, amma indi gedib düzlərdə qalıblar. Evləri dağılıb və harda qazanc var ora vətən deyən toplumdurlar.
Bir daha qeyd edirəm ki, bir Prezidentimizi qorumaqla, bayrağımızı və dövlətimizi qoruyuruq. İndiki şəkildə biz sıx birləşməliyik. Bu mənim ürəkdən gələn sözlərimdi”.