Bu gün ermənilərin kompakt yaşadığı yerdə Azərbaycanın suverenliyinin təmin edilməsinin ən barışmaz tərəfdarlarından biriyəm Bu gün ermənilərin kompakt yaşadığı yerdə Azərbaycanın suverenliyinin təmin edilməsinin ən barışmaz tərəfdarlarından biriyəm
  • Tribuna
  • 8 Avqust 2022 16:14
  •  7 460

"Erməni Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirsə, bunu top-tüfənglə qarşılamaq lazım deyil"

Bu gün ermənilərin kompakt yaşadığı yerdə Azərbaycanın suverenliyinin təmin edilməsinin ən barışmaz tərəfdarlarından biriyəm

"Biz vətəndaş olaraq bu məsələlərə təmkinli yanaşmalıyıq. Əgər Ermənistanda rasional düşünüb Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına baş əyib vətəndaş kimi yaşamaq istəyirlərsə, bunu top-tüfənglə qarşılamaq lazım deyil”.

Ətraflı
Ad - 00:20
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı ermənilərin Azərbaycan vətəndaşlığı üçün müraciətlərinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan vətəndaşı ilə normal yaşamağa üstünlük verən insanların müraciətinə təmkinli yanaşmaq lazımdır:

"Çünki reallıq var. Biz başqa xoşagəlməz, arzuolunmaz prinsiplərə söykənən dövlət deyilik. Məsuliyyətli və ciddi dövlətik. Baxın, Cənab Prezident də 44 günlük müharibədə erməni faşistlərini darmadağın etdi. Hazırda da Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çox ciddi fəaliyyət göstərir. Davamlı şəkildə bu istiqamətdə ciddi addımlar atır. Dünya da bunu normal qarşılayır. Yəni, söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir, burada qətiyyən güzəştə getmək olmaz. Mən də birmənalı şəkildə ərazi bütövlüyümüzün, suverenliyimizin tam mənada tərəfdarıyam. Bu gün ermənilərin kompakt yaşadığı yerdə Azərbaycanın suverenliyinin təmin edilməsinin ən barışmaz tərəfdarlarından biriyəm. Müharibədə iştirak etməyən, müharibədə əli olmayan və Köçəryan, Sarkisyan kimi faşist düşüncəli insanları qəbul etməyən, sonrakı müharibədə Paşinyanın müharibəsini qəbul etməyən və Azərbaycan vətəndaşı ilə normal yaşamağa üstünlük verən insanların müraciətinə təmkinli yanaşmaq lazımdır. Əlbəttə, son söz cənab Prezidentindir. Bir vətəndaş olaraq demək istəyirəm ki, bunun özü Azərbaycan dövlətinin gücünün etirafıdır. Ermənilər başa düşürlər ki, onların başqa çıxış yolu yoxdur. Azərbaycanla barışmalıdırlar. Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlığını qəbul etməlidirlər. Normal həyatlarını davam etdirməlidirlər. Bu cür düşünən insanlarla Azərbaycan dövləti qanunlarımız çərçivəsində münasibətini ortaya qoyacaq”.

Deputat həmçinin vurğulayıb ki, vətəndaşlarımız bu cür məsələlərə aqressiv yanaşmamalıdırlar:

"Mən bu müraciətləri oxuyuram, tanış oluram. Təbii ki, bu, müəyyən prosedurlardan keçdikdən sonra həll olunan məsələdir. Lakin yenə deyirəm, istəməzdim ki, Azərbaycan vətəndaşları bu cür müraciətləri aqressiv qarşılasınlar. Çünki ermənilər bundan istifadə edəcəklər. Deyəcəklər ki, baxın, müraciət edirik, onlar bizlə birgə yaşamaq istəmirlər. Bizi inkar edirlər. Bu cür hallara yol verməmək üçün sosial şəbəkələrdə çox ehtiyatlı olmaq lazımdır”.