• Tribuna
  • 16 Oktyabr 2023 13:33
  •  10 802

Möhtəşəm 20 il və Xankəndində ucalan üçrəngli bayrağımız!

Bu gün, oktyabrın 15-də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 ili tamam olur. Tarix baxımından 20 il çox az müddət olmasına baxmayaraq, bu müddət ərzində Azərbaycanda elə müsbət hadisələr və dəyişiklər baş verdi ki, onların hər birinin icrası üçün ayrıca 20 il, bəziləri üçün daha çox zaman gərəkə bilərdi.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müvəffəqiyyətlə keçdiyi bu 20 ilin hər biri ölkəmiz və xalqımız üçün şərəfli və qürurlu anlarla doludur. Bu ilin hər biri Azərbaycanın böyüməsinə, inkişafına, güclənməsinə, dünyada söz sahibi olan və hörmət edilən ölkəyə çevrilməsinə həsr edildi. Əlbəttə, cənab İlham Əliyevin Prezidentliyi dövrünün analizi və əldə edilən uğurlu nəticələri ilə bağlı böyük həcmli məqalələr və kitablar yazmaq olar və yazılmalıdır. Lakin bu dövrü ümumi olaraq bir cümlə ilə qiymətləndirsək, bu dövrü mübaliğəsiz olaraq Azərbaycanın “Möhtəşəm 20- İli” və “Güclü Millət və Güclü Dövlət Quruculuğu Epoxası” adlandıra bilərik.

2003-cü ilin oktyabrın 15-də Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin tək milli qayəsi, strateji hədəfi və qarşısına qoyduğu ali məqsəd 21-ci yüzilin dövlət başçılarının qarşısına qoyduğu konsepsiyalardan çox fərqlənirdi. İlham Əliyevin Prezident kimi qarşısına qoyduğu ali hədəf bəlkə də, ilk baxışdan mümkün görünməyən, yəni, on illiklər ərzində heysiyyatı tapdanmış, milli mənliyi təhqir olunmuş, qaçqın və məcburi köçkünə çevrilərək taqətdən və ruhdan düşmüş bir toplumu, bir milləti geosiyasi maraqların əleyhinə olaraq yenidən dirçəltmək, heç kimdən asılı olmayan və özünə güvənən güclü dövlət və güclü millət yaratmaqdan ibarət idi.

İndi hadisələri təhlil edəndə bir daha anlayırsan ki, cənab Prezident bu ali məqsədə çatmaq üçün müəyyən etdiyi “Güclü Millət və Güclü Dövlət Quruculuğu Konsepsiyası”nı hansı dəqiqlik, siyasi ustalıq və qətiyyətlə həyata keçirməyi bacardı.
İlk növbədə, Quruculuq Konsepsiyasının tərkib hissəsi kimi ölkənin iqtisadiyyatı gücləndirildi, neft gəlirləri

İlham Əliyev dünyada birinci Liderdir ki, təkcə işğalçı Ermənistanla deyil, dünyanın güc mərkəzləri olan Fransa, ABŞ, Rusiya, Avropa Birliyi və s. ilə vuruşaraq, onların müqavimətini qıraraq və onlara qalib gələrək beynəlxalq hüququn və beynəlxalq ədalətin hərbi-siyasi yolla bərpa olunmasına nail oldu.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımız qarşısında xidmətlərinin, həmçinin dünya siyasət və hərb elminə verdiyi töhfələrin bənzəri və tayı-bərabəri yoxdu. Bu xidmətlərin qarşılığında ölkəmizdə hansı dövlət mükafatının və ya təltifinin Ona layiq olduğunu deyə bilmirəm, çünki o səviyyədə və Ona adekvat mükafatın olmadığını düşünürəm. Ancaq bir həqiqət aydındır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ən böyük mükafatı Azərbaycan xalqının Ona olan əbədi sevgisi, adını tarixin şərəfli səhifələrinə qızıl hərflərlə yazdırması, dünyanın bir nömrəli Liderinə çevrilməsi və Ulu Öndər Heydər Əliyevin bütün vəsiyyətini, həyata keçirə bilmədiyi bütün işləri ləyaqətlə yerinə yetirməsidir.
Var olun cənab Prezident, Müzəffər Ali Baş Komandan!

P.S.

Sonda önəmli bir məsələni (müşahidəmi) mütləq qeyd etmək istəyirəm. Mən hazırda ATƏT PA-nın xətti ilə Polşada bu gün keçirilən parlament seçkilərini 30-dan çox ölkənin nümayəndələri ilə birlikdə müşahidə etmək məqsədilə Varşavada səfərdəyəm. Burada Gürcüstan və Ukraynadan olan deputatlarla söhbət zamanı onların Prezidentimizin 24 saatdan az müddətdə erməni separatizminə necə son qoymasından və Ermənistan ordusunu necə təslim etdiyindən həm təəccüblə, həm də maraqla danışırdılar, müəyyən dəqiqləşdirici suallar verirdilər. Həmkarlarımın Azərbaycana və onun Liderinə nə qədər böyük sayğı ilə yanaşdığının, bəzən isə həsəd apardıqalarının, öz vəziyyəltərinin isə ürəkaçan olmadıqlarının açıq şəkildə dilə gətirdiklərinin şahidi oldum. Deməsələr də, ölkələrinin İlham Əliyev kimi Liderə ehtiyac duyduğunu gözlərindən oxumaq mümkün idi. Belə bir mənzərənin şahidi olmağı və bunun qürurunu doyunca yaşamağı bizə nəsib etdiyinə görə böyük Yaradana şükürlər olsun!

Azay Quliyev

Millət vəkilo