Fərid Şəfiyev: Fransalı diplomatlar və siyasətçilər ya yaddaşını itirirlər, ya da sadəcə ikiüzlüdürlər

Fransalı diplomatlar və siyasətçilər ya yaddaşını itirirlər, ya da sadəcə ikiüzlüdürlər.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Fransanın yeni Avropa və xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan əleyhinə səsləndirdiyi ittihamlara cavab olaraq "X"də yazıb.

"Azərbaycanın qanunla tanınan ərazisini kim dağıdıb, kim minaları oraya yerləşdirib? Ərazidə kim etnik təmizləmə aparıb və azərbaycanlıları qovub?", deyə F.Şəfiyev sual edib.

Qeyd edək ki, Stefan Sejurne Azərbaycanı yalan fikirlər səsləndirməkdə ittiham edib.