• Tribuna
  • 10 Sentyabr 15:30
  •  14 558

"Azərbaycan tutduğu yoldan dönməyəcək, güclü liderimizin siyasəti bizi daim zirvələrə daşıyacaq” - Vüqar İskəndərov

“Prezident İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı xüsusilə İtaliya-Azərbaycan münasibətlərinə toxunması bu iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

Təsadüfi deyil ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Bununla yanaşı Azərbaycan İtaliyanın ən əsas neft və qaz təchizatçısıdır. Yəni bu qarşılıqlı iqtisadi tərəfdaşlıq bizə imkan verir ki, siyasi tərəfdaş olaraq da iki ölkə bir birinin mövqeyini dəstəkləsin”.

Bunu AzNews.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Bu gün Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əvəzedilməz rolu açıq aşkar görünür. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bir fakt da var ki, bu ölkələrdən 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Bütün bunlar isə cənab prezident İlham Əliyevin illərdir apardığı siyasətin nəticəsidir. Azərbaycanın istər Qafqazda istərsə də dünyada baş verən siyasi proseslərə müdaxilədə söz sahibi olması gücümüzün, qüdrətimizin göstəricisidir. Cənubi Qafqazda qeyri stabil vəziyyəti 30 il sonra Azərbaycan öz gücünə həll etdi və bu gün 30 ildən sonra Qafqaz sülhə daha çox yaxındır”.

Deputat qeyd edib ki, ölkə başçımızın gördüyü işlər təkcə enerji sahəsində deyil, digər sahələrdə də Azərbaycanı öncül bir mövqeyə gətirib. Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Üzv ölkələrin hər birinin bu qərarı dəstəkləməsi Azərbaycana olan etibarın təzahürüdür. Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində də fəal çalışır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik. Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır. Bu uğurları əlbəttə sadaladıqca bitməz. Əlbəttə biz inkişaf etdikcə müəyyən təzyiqlərlə də üzləşirik. Amma bütün bunlara baxmayaraq Azərbaycan tutduğu yoldan dönməyəcək. Güclü liderimizin siyasəti bizi daim zirvələrə daşıyacaq”.