Sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb. Sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb.
  • Qərb
  • 18 Dekabr 2018 09:04
  •  1 086

Fransada polislər də etiraz aksiyasına hazırlaşır

Sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb.

Son günlər “Sarı jilet”lər aksiyalarından daha da əldən düşmüş və üzülmüş Fransa polisinin etiraz səsləri eşidilir.

Sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb.

Qəzəbli Polislərin Səfərbərliyi (MPC) Assosiasiyasının vitse-prezidenti Giyom Löbon BFMTV televiziya kanalında çıxışında polisin səbir kassasının dolub daşdığını bildirib. Qeyd edib ki, 15 il stajı olan və aktivində 200 saatdan çox əlavə iş saatı toplanmış polis əməkdaşları artıq cana doyduqlarını bildirirlər. Son bir ayda polis əməkdaşları “Sarı jilet”lər aksiyaları zamanı 23 saat dayanmadan iş başında olublar. Mənəvi və fiziki baxımdan üzülüblər.

“Hökumət hər dəfə aksiyadan sonra uğurlu fəaliyyətinə görə polisi alqışlayır, ancaq bunun arxasında konkret heç nə olmur”,-deyə vurğulayan G.Löbon deyib ki, “Sarı jilet”lər kimi polis də alıcılıq qabiliyyətinin yüksəldilməsini, əmək haqqına yenidən baxılmasını tələb edir.

Bildirilib ki, 2017-ci ildə milli polisin aktivində toplanmış 21.7 milyon əlavə iş saatı 2014-cü illə müqayisədə 18 faiz artıb.(AZƏRTAC)

© AzNews.az