• Qərb
  • 28 İyul 20:00
  •  1 204

Tramp İrana ABŞ-ın yenidən hücumu ilə bağlı xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp İranı HƏMAS-la danışıqlara müdaxilə etməkdə günahlandırıb.

Aznews.az xəbər verir ki, ABŞ liderinin fikrincə HƏMAS və İsrail arasında girovların azad edilməsi ilə bağlı Qətərdə keçirilən danışıqlara İran müdaxilə edib.

“Məncə onlar bu danışıqlara qarışıblar. Onlar HƏMAS-a əmrlər və siqnallar veriblər. Bu yaxşı hal deyil”, - Tramp qeyd edib.

O, İranın uran zəginləşdirməsi prosesinə başlayacağı təqdirdə, ABŞ-ın yenidən İrana hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Aznews.az