Tailand və Kamboca liderləri atəşkəs barədə razılığa gəliblər

Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Vechayachai və Kambocanın baş naziri Khun Maneta Kuala-Lumpurda keçirilən danışıqlarda atəşkəs barədə razılığa gəliblər, razılaşma yerli vaxtla gecə yarısı qüvvəyə minəcək.

Bu barədə Malayziyanın baş naziri Ənvər İbrahim keçirilən görüşün yekununda bildirib.

"Associated Press" görüşün yekunlarına dair mətbuat konfransında onun sözlərini sitat gətirib: "Hər iki ölkə dərhal və qeyd-şərtsiz atəşkəsin gecə yarısı qüvvəyə minməsi ilə bağlı razılığa gəliblər".

ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) regional blokunun rəhbəri kimi danışıqlara sədrlik edən Ənvər deyib ki, hər iki tərəf normal həyata qayıtmaq üçün tədbirlərlə bağlı ortaq anlaşma əldə edib.

Mövsüm,

AzNews.az