- Qərb
- 15:28
- 2 098
Orban: Tramp səhər yeməyində Von der Leyeni "yedi"

Avropa Birliyi (AB) ilə ABŞ arasında dünən əldə edilən ticarət razılaşması ilə bağlı ardıcıl açıqlamalar davam edir.
Macarıstanın Baş naziri Viktor Orban bu səhər onlayn verilişinin "Harcosok Oraja" (Döyüşçülər saatı) proqramının ilk buraxılışında qonaq olub.
Proqramda Orban dünən Şotlandiyada ABŞ prezidenti Donald Tramp və AB Komissiyasının sədri Ursula von der Leyen arasında keçirilən görüşdə əldə olunan ABŞ və AB arasında ticarət razılaşmasına toxunub.
Orban Böyük Britaniya ilə ABŞ arasındakı razılaşmanın daha yaxşı şərtləri ehtiva etdiyinə diqqət çəkib.
"“Bu, Prezident Donald Trump ilə Ursula von der Leyen arasında bağlanmış bir razılaşma deyil. Bu, sadəcə Trump-ın Avropa Komissiyasının prezidenti Von der Leyen-i səhər yeməyində ‘yeməsi’dir.
Tam olaraq baş verən budur. Onsuz da bunun belə olacağından şübhələnirdik, çünki ABŞ Prezidenti danışıqlar sahəsində ağır çəki dərəcəsindədir. Avropa Komissiyasının Prezidenti isə yüngül çəki kateqoriyasında yer alır”, – deyə bildirdi.
Mövsüm,
AzNews.az