Az qala bir ildir, Zəfər Gününün ildönümündə yazacaqlarımı çək-çevir edirəm. Amma ötən zaman 44 günlük Vətən Müharibəsinin hər anının yeni, boyasız, mübaliğəsiz çalarlarını ortaya qoyur və mistika ilə reallığın sərhədləri arasındakı qızıl ortanı itirir, heyrət, təəccüb, qürur və bir neçə kəlmə ilə ifadə edə bilmədiyim hisslərin arasında azıb qalıram Az qala bir ildir, Zəfər Gününün ildönümündə yazacaqlarımı çək-çevir edirəm. Amma ötən zaman 44 günlük Vətən Müharibəsinin hər anının yeni, boyasız, mübaliğəsiz çalarlarını ortaya qoyur və mistika ilə reallığın sərhədləri arasındakı qızıl ortanı itirir, heyrət, təəccüb, qürur və bir neçə kəlmə ilə ifadə edə bilmədiyim hisslərin arasında azıb qalıram

8 noyabr Zəfəri - faşizmin süqutu

Az qala bir ildir, Zəfər Gününün ildönümündə yazacaqlarımı çək-çevir edirəm. Amma ötən zaman 44 günlük Vətən Müharibəsinin hər anının yeni, boyasız, mübaliğəsiz çalarlarını ortaya qoyur və mistika ilə reallığın sərhədləri arasındakı qızıl ortanı itirir, heyrət, təəccüb, qürur və bir neçə kəlmə ilə ifadə edə bilmədiyim hisslərin arasında azıb qalıram

Biz bunu bacardıq! Öncə özümüzə, sonra isə sığındığı kölgəsi özündən dəfələrlə böyük olan, qəddar, amansız, hiyləgər, azğın düşmənə qalib gəldik.

44 gün ərzində 200 ildən çoxdur ki, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz, Türkiyə, Türküstan və indiki İran ərazisinin bir hissəsində ağlasığmaz cinayətlər, qtliamlar törədən, yerli xalqları etnik təmizləməyə məruz qoymaqla tarix boyu mövcud olmayan “dənizdən-dənizə Ermənistan” yaratmaq istəyən xəstə, ultramillətçi təfəkkürə ölümcül zərbə vurduq, faşizmdən daha dəhşətli və daha qədim olan hayizmi, armenizmi tarixinin ən böyük məğlubiyyinə uğratdıq.
Qeyd edim ki, özündə irqçiliyin ən qəddar elementlərini daşıyan erməni millətçiliyinin tarixi, ultramillətçiliyin, ariizmin özünü XX əsrin birinci yarısında Almaniyada büruzə verən faşizmdən daha qədimdir. Bunun üçün sadəcə tarixə nəzər salmaq, Sosial Demokrat Hnçak partiyasının 1886-cı, Daşnaksütun (Erməni İnqilabi Federasiyası) partiyasının isə 1890-ci ildə yaradıldığını xatırlatmaq yetərlidir. Alman Nasional Sosialist Fəhlə Partiyası 1920-ci ildə, Hnçak və Daşnaksütundan 30-34 il sonra elan edilib.

İdeoloji baxımdan hər 3 partiya arasında bənzərlik olsa da, həm erməni ultramillətçiləri, həm də alman faşistləri üçün sosializm örtüyü ətraflarına daha geniş kütlələri cəlb etmək, gerçək məqsədi – radikal irqçiliyi gizlətmək üçün istifadə olunub.

Məsələn, həm Hnçakın, həm də Daşnaksütunun nizamnaməsində marksizm ideyalarına istinad olunur, amma silahlı dəstələrin təşkili, hakimiyyət nümayəndələrinə qarşı terror aksiyaları, dövlət idarələrinin dağıdılması və talan edilməsi təbliğ edilir. Halbuki nə Marksizmdə, nə Platondan başlayaraq utopist sosialistlərədək sol ideyaların ilkin və sonrakı təzahürlərinin heç birində zorakılıq, xaos, terror, talan, soyğunçuluq məqsədə çatmaq üçün vasitə sayılmır.
Alman faşizmi Fridrix Nitşenin fövqəlinsan konsepsiyasını irqçiliyin fəlsəfi əsasları kimi təqdim etməklə, özünə ideoloji söykəncək axtardığı kimi, ondan öncə yaranan erməni millətçi təşkilatları da Marksizmdən erməni Qriqoryan kilsəsində formalaşan qanlı hayizm-armenizm ideyasını pərdələmək üçün istifadə edirdilər.

Gerçəklikdə isə alman faşizminin irqçi ideyalarını Martin Haydeqqerin “Metafizikaya giriş”, Alfred Rozenberqin “XX əsrin mifi” ("Der Mythus Des 20 Jahrhunderts") və "Qan və Qürur" ("Blut und Ehre") əsərləri təşkil edirdi.
Birinci dünya müharibəsindən öncə Osmanlı Türkiyəsinin və sar Rusiyasının zəifləməsindən, daha sonra isə süquta uğramalarından istifadə edən erməni Qriqoryan kilsəsi, erməni ultramillətçi təşkilatları məhz ilkin faşizm ideyalarını əsas götürərək, türklərə, yəhidilərə, “Rusiya tatarları”na qarşı qanlı cinayətlər törədirdilər. Qeyd edim ki, Hnçak, Daşnaksütun və Alman Nasional Sosialist Fəhlə partiyasının ortaq cəhətlərindən biri də, hər üç təşkilatın yəhudilərə və “Rusiya tatarları”na qarşı nifrəti təbliğ etmələridir.
Erməni ultramillətçiləri ilə alman faşistləri arasındakı “mənəvi qohumluğun” izlərini Nasional Sosialist Fəhlə Partiyasının Almaniyada hakimiyyətə sahiblənməsindən sonra daha qabarıq şəkildə görmək mümkündür:
“1936-cı il, sentyabrın 17-də, ABŞ-da “Daşnaksütun” partiyasının nəzarətindəı olan “Ayrenik” qəzetində dərc olunan məqalədə deyilir: “Birinci Dünya müharibəsində məğlub olan, milli birlik, həmrəylik problemi yaşayan Almaniyanın qeyri-müəyyən, dolaşıq siyasəti onu heç yerə aparmırdı... Adolf Hitler hakimiyyətə gəldikdən sonra almanların qəlbindəki irqçi hisslərə toxunmaqla, milli dahilik mənbəyini ortaya qoymaqla məğlubiyyət əhval-ruhiyyəsinə son verdi...
Almaniya Birinci Dünya müharibəsindən sonra heç vaxt Hitler hakimiyyətində olduğu kimi real, yaxşı düşünülmüş, planlaşdırılmış siyasət yürütməyib. Alman düşüncəsi heç vaxt indiki qədər belə ifadəli, dəqiq və zəngin olmayıb. Xaricilərin Hitler və faşizm haqqında nə deməsindən asılı olmayaraq, faşizm Almaniya və İtaliya kimi iki dövləti yenidən doğmaqla və canlandırmaqla özünü təsdiqlədi...”
Elə eyni mətbu orqanın 19-21 avqust 1936-cı il sayında Almaniyadan ABŞ-a yenicə qayıdan “Daşnaksütun” təmsilçilərindən biri yazır: “Yəhudilər bütün xalqlardan daha millətçidirlər və öz irqlərinin təmizliyi üçün fanatikcəsinə mübarizə aparırlar.
...Bəzən bu zəhərli elementlərdən xilas olmaq çox çətin görünür. Onlar xroniki xəstəliklər kimi daha dərində gizlənirlər. Bu zaman hansısa xalq onları ənənəvi olmayan üsullarla qırmağa başlayır və bu üsullar inqilabi üsullar kimi qəbul olunur. Cərahiyyə əməliyyatları zamanı qanın axması adi məsələdir. Belə vəziyyətlərdə diktatura xilaskar rolunda çıxış edir ”.
Ermənilərin irqi-dini təlimatlarının müəllifi, Ermənistanın paytaxtında “şərəfinə” 6 metr hündürlükdə abidə ucaldılan muzdlu, faşist Qaragin Njde ingilisdilli “Ayrenik Uikli”nin 10 aprel 1936-cı il tarixli sayında yazır:
“Təmiz irqli insan öz təmiz qanının ilahi təbiətinə inanır. İrq hər şeydən üstündür və yüksəkdə dayanır. İrq birinci yerdədir. Hər şey irq üçün. İrqi-dini təlimatlara görə, təmiz qanlıların eyni inamı, eyni rəhbərliyi, eyni siyasi rəmzləri var. Təmiz qanlı insanların öz geyimi, öz himni, öz adətləri, öz bayramları olacaq...
Bu gün Almaniya və İtaliya ona görə güclüdürlər ki, millət olaraq öz irqlərinin maraqları ilə nəfəs ala və onu sevə bilirlər”.
Qaragin Njde Hitlerin gənclərə xitabən dediyi şüarlardan birinin sözlərinin yerini dəyişərək, erməni gəncliyinin tərbiyəsi üçün daha sərt, daha amansız faşizm modelini seçmişdi: “Gənclik, ürək və dəmir”. Njde, Mandalyan, Darbinyan və digər faşist ideoloqlarının ardıcılları olan erməni gəncləri öncə “irqçi vətənpərvərlər” adlandırılırdılar, sonra isə faşist cəlladları onlara “Seqakron” – “İrqçi inanclılar” adını verdilər...
Almaniyanı birləşdirən Otto fon Bismarkın “Qan və dəmir” şüarını mənimsəyərək, onu “Qan və qurur” kimi təqdim edən Alfred Rozenberqin faşizm ideyaları, bu ideyalardan bəhrələnərək, “Gənclik, qan və dəmir” irqçi tezisi ilə dünyanı qana bürüyən Adolf Hitlerlə “Gənclik, ürək və dəmir” adlı “iqrçi inanclılar” modelini seçən erməni ultramillətçiləri arasında hər hansı bir fərqin olmadığını sezmək, qənaətimə görə bir o qədər də çətin deyil.
Bu baxımdan, XX əsrin sonlarından, SSRİ-nin zəifləməsi və süqutundan başlayaraq, erməni ultramillətçiliyinin öz qanlı dişlərini qıcayaraq yenidən dirçəlməsi, özünə türkləri, “Rusiya tatarları”nı, yəhudiləri hədəf seçməsi təsadüfi deyildi və o, növbəti dəfə əlinə düşən “əlverişli imkan”dan yararlanaraq, faşizmin “yarımçıq qalan işini” başa çatdırmaq üçün öncə Cənubi Qafqazı, daha sonra isə bütün dünyanı qana bürümək niyyəti güdürdü...
Lakin bu proses Azərbaycan dövlətçiliyinin inkişafı, iqtisadi, hərbi və diplomatik müstəvidə seçilən strategiya, həyata keçirilən ardıcıl siyasət nəticəsində, bu dəfə sadəcə iflasa uğramadı, məhv edildi, ayaqlar altına atıldı.
Noyabrın 8-də Azərbaycanda Zəfər, 9-da isə Bayraq günləridir. İki böyük bayram xalqımıza qarşı həyata keçirilən ədalətsizliklərə rəğmən ard-arda düzülüb və İlhai Ədalətin, Milli İradənin təntənəsini nümayiş etdirir.
Lakin tarixdə noyabrın 9-u ilə bağlı olan başqa bir gün də var - Almaniyada və Avstriyada 1938-ci ildə yəhudilərə qarşı soyğunların, qətliamların başladığı “Büllur gecə”, yaxud “Qırılmış vitrinlər gecəsi”... Bundan 20-21 il öncə isə isə erməni faşistlərinin - Andranik, Amazasp, Dro və Njdenin rəhbərlik etdikləri cinayətkar hərbi birləşmələr öncə Ərzurum və Qarsda, sonra isə İrəvan quberniyasında və Zəngəzurda azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmişdilər. “Büllur gecə”dən 20 il öncə, 1918-ci ilin əvvəllərində İrəvan quberniyasında 198 kənd yerlə bir edilmiş, 135 min azərbaycanlı qətlə yetirilmişdi. Bu səbəbdən, 1930-cu illərdə Dro və Njdenin Alman Nasional Sosialist Fəhlə Partiyasının hakimiyyətə sahiblənməsindən vəcdə gəlmələri “təbii” qəbul oluna bilər. Alman faşistlərinin 1938-ci ildə başlatdığı soyğun və qətliamları onlar 20 il öncə tarixi Azərbaycan torpaqlarında həyata keçirmişdilər.
Mənə görə, faşizm üzərində yekun qələbə 1945-ci ilin mayın 9-da yox, 2000-ci ilin noyabrın 8-də çalınıb. Yuxarıda haqqında söz açdığım tarixi faktlar da bunu sübuta yetirir.
1941-45-ci illərdə alman faşizminə qarşı savaşın ön sıralarında olan Azərbaycan xalqı 300 mindən çox övladını bəşəriyyətin xilası naminə qurban verdi...
2020-ci il sentyabrın 27-dən başlayan və noyabrın 8-dək davam edən Vətən Müharibəsində, yenə də xalqımızın qəhrəman övladları erməni faşizminə qarşı ölüm-dirim mübarizəsinə qalxdılar, faşizmin atası sayıla biləcək erməni millətçilərini, onların bəşəriyyətin qan gölündə boğulmasına xidmət edən ideyalarını darmadağın etdilər.
Şübhə etmirəm ki, zaman keçəcək, bölgə xalqları, bütövlükdə isə bəşəriyyət Azərbaycan xalqının və Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığı müqəddəs müharibənin əhəmiyyətini daha dərindən başa düşəcəklər.
Zəfərimiz, bayrağımız, bayramımız mübarək olsun!

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” media qrupunun rəhbəri