Paşinyan sərhəd danışıqlarının başlanması üçün Azərbaycan qoşunlarının sərhəd boyu bütün strateji mövqelərdən geri çəkilməsini şərt kimi irəli sürür Paşinyan sərhəd danışıqlarının başlanması üçün Azərbaycan qoşunlarının sərhəd boyu bütün strateji mövqelərdən geri çəkilməsini şərt kimi irəli sürür

Paşinyan Soçi və Brüssel görüşlərindəki bəyanatlara qarşı çıxır

Paşinyan sərhəd danışıqlarının başlanması üçün Azərbaycan qoşunlarının sərhəd boyu bütün strateji mövqelərdən geri çəkilməsini şərt kimi irəli sürür

Nikol Paşınyan son mətbuat konfransında Soçi və Brüssel görüşlərində və sonrası bəyanatlara qarşı çıxır, “təklif” irəli sürür.

“Təklifi” belə səsləndirdi ki, sərhəd danışıqlarının başlaması və birgə komissiyanın formalaşması üçün qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsi vacibdir.

Nə Soçi, nə də Brüssel görüşlərində bu “təklifə” kiçik bir eyham da yox idi.
Biz zatən Ermənistanın bütün proses boyu sabotajlarını həmişə izləmişik və buna təəccüblənmirik.

Amma bu “təklif” ilk dəfə yanvarın 14 də Rusiya XİN Lavrovun nitqindən səslənmişdi.
Lavrov Ermənistan tərəfinin sərhəd danışıqlarının başlaması üçün “bəzi təklifləri” olması və Rusiyanın həmin təklifləri Azərbaycan tərəfinə təqdim etdiyini bildirmişdi.

Aydın məsələdir ki, sərhəd danışıqlarının başlanması üçün biz hər hansı bir ilkin “şərti”, “təklifi” qəbul etmirik və elə Lavrova da danışıqlar ilkin şərtlər irəli sürülmədən başlanmalıdır cavabını verdik.

Lavrovun “təklifi”indən o aydın olur ki, Paşinyan sərhəd danışıqlarının başlanması üçün Azərbaycan qoşunlarının sərhəd boyu bütün strateji mövqelərdən geri çəkilməsini faktiki olaraq şərt kimi irəli sürür.

Keçən ilin yayından Azərbaycan Ordusu Laçın və Kəlbəcər istiqamətində sovet dövrü sərhəd xəttinə uyğun bütün strateji mövqelərdə möhkəmlənib.

Laçın rayonundakı Qaragöl ətrafındakı bütün hakim yüksəkliklərdə, Kəlbəcərin Alagöllər istiqamətindəki strateji mövqelərdə möhkəmlənmişik.

Keçən ilin noyabr 17 də erməni ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Şərqi-Göyçə silsiləsi boyu və onlara bitişik strateji yüksəkliklərdə mövqelərini möhkəmləndirdi.
Eyni proseslər Zəngilan, Qubadlı istiqamətindəki bütün strateji yüksəkliklərdə də aparılıb və Ermənistanın bütün istiqamətlərdə bütün hərəkət qabiliyyətini məhdudlaşdırmışıq.

Ermənistan ordusunun dəfələrlə təxribat törədərək əlverişli mövqelər tutmaq cəhdləri iflasa uğrayıb, itkilər verib, əsgərləri əsir alınıb və s.

Əslində Lavrovun bu “təklifləri” səsləndirdiyi tarix özü bu mərama aydınlıq gətirir.

KTMT-nin Qazaxıstana girməsi bu iki ermənini Soçi görüşündə Rusiya Prezidenti Putinin iştirakı ilə əldə edilmiş razılaşmaları yenidən təftiş etməyə “ruhlandırıb” .