• EKONEWS
  • 8 Fevral 2024 10:25
  •  4 016

Aydos Sarım: “Azərbaycan vətəndaşları bu seçkilərin tarixi əhəmiyyətini başa düşürdülər”

Azərbaycanda ilk dəfə olaraq seçkilər suverenliyin tam bərpası şəraitində keçirilib və bu da öz növbəsində vətəndaşları səsvermədə fəal iştiraka ruhlandırıb.

Bunu Qazaxıstan parlamentinin seçkiləri müşahidə edən nümayəndə heyətinin rəhbəri Aydos Sarım Azərbaycanda prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün seçki məntəqələrində səsvermə prosedurlarına ciddi əməl edilib: “Söhbət edə bildiyim müşahidəçilər heç bir qanun pozuntusunu qeydə almayıblar”.

“Mən şəxsən şahidi oldum ki, demək olar ki, bütün seçki məntəqələrində uzun növbələr yaranıb, yəni əhali böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak edib. Hesab edirəm ki, Azərbaycan vətəndaşları bu seçkilərin tarixi əhəmiyyətini başa düşürdülər”, - o vurğulayıb.