- Paytaxt
- 24 İyul 11:58
- 1 804
Ceyhun Bayramov və somalili həmkarı arasında təkbətək görüş keçirilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.
Bu barədə XİN "X" hesabında paylaşım edib.
Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir. İkitərəfli münasibətlər, regional proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılır.
AzNews.az